İyulda işıqpulu çox yazıb? -AÇIQLAMA

“Azərişıq” ASC elektrik sayğaclarının iyul ayı ərzində həddindən artıq hesablama aparması barədə sosial şəbəkələrdə yayılan iddialarla bağlı mətbuat konfransı keçirir.
Yenixeber.org: “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bəzi avadanlıqların texniki pasportuna baxmırlar.
Onun sözlərinə görə, bu, soyuducu, kondisioner, ütü ola bilər: "Orada həmin avadanlığın müəyyən temperatur arasında iş rejimi barəsində məlumat var. Sayğacların çox yazması haqqında istənil iddia ilə bağlı fikir budur ki, onu bizə göstərsinlər. Biz sayğacların göstəricilərini dəyişə, sıfırlaya bilmədiyimiz üçün heç söküntü gedən binalardan çıxan sayğacları istifadə edə bilmirik. Bu da bizim üçün itkidir. Sayğacların onlayn oxunması gündəmdədir, bu, bizim üçün sərfəlidir. Bununla bağlı işlər aparılır. Sayğaclara müdaxilə edə bilmirik. Bunu edə bilən şəxslər, mütəxəssilər varsa, onlarla bizi görüşdürün, bunu edib bizə göstərsinlər. Onda biz sayğaclarımızın təhlükəsizliyi üçün əlavə işlər görək".

AZ
RU