Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Maştağada nəhəng obyekti necə qanunsuz tikmək olar? - Sirri Adil Vəliyevdə -DE-FAKTO

Artıq bir neçə aydır Bakının qəsəbə və kəndlərində icra başçıları ərazi icra nümayəndələrinin əli ilə istədiklərini edirlər. Açıq və çəkinmədən qanunsuz tikintilər aparmaq istəyən sahibkarlar, biznesmenlər və ya sıradan adamlar rayon icra başçılarının ərazi üzrə nümayəndələri ilə danışıqlar aparır, rayon rəhbərlərinin əli ilə tikinti işlərinə başlayırlar və istədikləri ölçüdə, istədikləri formada obyekt, ev və sairə tikməkdə davam edirlər.

Yenixeberorg.com: İcra hakimiyyətlərinə sorğu ünvanlananda isə şablon cavablar verilir və guya araşdırma aparıldığı deyilir. Əslində nə araşdırma aparan var, nə də qanun-qayda gözləyən. Açıq şəkildə qanunsuz tikinti aparılır, icra nümayəndələri ilə müxtəlif şəxslər əlaqəyə girərək bütün işləri görürlər.

Bizimesr.com bildirir ki, söhbət Sabunçu rayonu Maştağa qəsəbəsində, icra nümayəndəliyinin yaxınlığında nşa edilən yekə bir obyektdən gedir.

Məlumata görə, bu "dinozavr" obyekt Maştağada hər kəsin tanıdığı Faiq adlı biznesmen, sahibkar tərəfindən tikilir. Təbii ki, sənədi də, sübutu da yoxdur. Əslində sənədi də var, sübutu da - sənədi Sabunçu İcra Hakimiyyəti, sübutu da Maştağanın icra nümayəndəsi.

Şəhərsalmadan icazəsi – biznesmen olması, FHN-dən icazəsi isə hər ay ərazi üzrə bu obyektə gəlib-gedən nümayəndələr.

O bu işləri necə görür? Böyük ehtimalla “al gülüm, ver gülüm”. Əsl zəmanə adamıdır. Sabah gedib soruşan olsa ki, bəs bu obyektin sənədi? Deyəcək:sənədim də var, belə daşdan keçən. Soruşacaqsan sənədin hardadır? Deyəcək: o da Sabunçu İcra Hakimiyyətində… Soruşacaqsan kimdədir? Deyəcək: vallah bilmirəm, icra nümayəndəsi bilir…

Burada hər şey aydındır. Amma aydın olmayan bir məsələ var – Sabunçu icra başçısı Adil Əliyev həqiqətənmi düşünür ki, bu yekəlikdə qanunsuz tikilən obyekti görən yoxdur?(bizimesr.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam