Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı olan UFC, Azərbaycana çox gözlənilən qayıdışını rəsmi olaraq elan edib.

Yenixeberorg.com xəbər verir ki, UFC FIGHT NIGHT BAKU 27 iyun şənbə günü Milli Gimnastika Arenasında keçiriləcək.

Gecənin əsas döyüşündə Azərbaycanlı təmsilçi Rafael Fiziev Manuel Torres ilə beş raundlu yüngül çəki qarşılaşmasında üz-üzə gələcək.

İkinci-əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin “Shara Bullet” Maqomedov ilə “dağıdıcı” döyüş tərzi ilə tanınan Michel Pereira arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

UFC-nin Azərbaycandakı debüt uğurundan sonra təşkilatın regiona yenidən qayıtması Bakının dünya səviyyəli idman tədbirləri və beynəlxalq yarışlar üçün aparıcı məkan kimi mövqeyini daha da möhkəmləndirir.

Qeyd edək ki, Rafael “Ataman” Fiziev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və özünəməxsus dünya səviyyəli zərbə texnikası ilə doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel “Loco” Torresdir (17-3).

UFC FIGHT NIGHT BAKU döyüş gecəsi qlobal platformalarda canlı yayımlanacaq və milyonlarla tamaşaçıtərəfindən izlənəcək. Yerli azarkeşlər isə Bakıdakı möhtəşəm döyüş gecəsini canlı izləmək imkanı əldə edəcəklər.

Bilet satışı tezliklə başlayacaq. Bütün yeniliklərdən xəbərdar olmaq və biletlərə erkən çıxış imkanı əldə etmək üçün azarkeşlərə UFC.com/Baku ünvanında qeydiyyatdan keçmələri tövsiyyə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam