Sumqayıtda avtomobil yolu çöküb-FOTO

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.
Yenixeberorg.com xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.
Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.










AZ
RU