Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

89 yaşlı şəxs insanlara atəş açdı -5 nəfər yaralanıb

Afinada 89 yaşlı silahlı şəxs insanlara atəş açıb, 5 nəfər yaralanıb
Bu gün Yunanıstanın paytaxtı Afinada silahlı şəxs insanlara atəş açıb, nəticədə beş nəfər yaralanıb.

Yenixeberorg.com: Bu barədə Yunanıstan mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, silahlı şəxs əvvəlcə Kerameykos rayonunda yerləşən sosial sığorta idarəsinə hücum edib. O, idarənin bir əməkdaşını yaralayıb.

Polisin məlumatına görə, şübhəli şəxs daha sonra taksi ilə Ambelokipi rayonundakı Apellyasiya Məhkəməsinə gedərək orada daha dörd nəfəri güllələyib.

Yunanıstan mediası atəş açan şəxsin 89 yaşlı kişi olduğunu yazıb.

Şübhəli şəxs hadisə yerindən qaçıb və silahını məhkəmə binasında qoyub. Bundan dərhal sonra bina təxliyə edilib.

Hər iki hadisə yerində polis əməliyyat aparır. Yaralanan şəxslərin hamısı xəstəxanaya yerləşdirilib. Onların əsasən ayaq nahiyəsindən xəsarət aldıqları bildirilib.

Hadisənin motivi hələlik məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam