Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərenerji”də milyonluq pozuntular –audit ciddi nöqsanlar aşkarladı

Yenixeberorg.com: Hesablama Palatasının “Azərenerji” ASC-də apardığı audit zamanı dövlət investisiyalarının icrası, layihələrin səmərəliliyi və satınalmalar üzrə ciddi nöqsanlar müəyyən edilib.

Audit 2022–2024-cü illəri əhatə edib və ümumilikdə 255,8 mln. manatdan çox vəsait yoxlanılıb.

Hesabata əsasən, Kiçik Su Elektrik Stansiyaları üzrə layihələr prioritet investisiya siyahısına daxil edilməzdən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılmayıb. Nəticədə tikintisi başa çatmış 7 stansiyada istehsal gücündən istifadə cəmi 14,7–46% səviyyəsində olub ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.

Audit zamanı müəyyən edilib ki, bəzi layihələrdə smetada nəzərdə tutulmayan işlər və xərclər satınalma müqavilələrinə daxil edilib, görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunub. Bu isə dövlət satınalmaları və tikinti normalarının pozulmasına gətirib çıxarıb.

Hesablama Palatası həmçinin satınalma prosesində çoxsaylı prosedur pozuntularını qeyd edib. Belə ki, tender sənədləri normativ tələblərə uyğun rəsmiləşdirilməyib, tender komissiyasının fəaliyyətində və maliyyə idarəetməsində boşluqlar aşkarlanıb.

Bundan əlavə, dövlət əmlakının idarə olunması və mühasibat uçotu sahəsində də uyğunsuzluqlar müəyyən olunub. Bəzi hallarda alınmış materiallar məsul şəxslərə təhvil verilməyib, aktivlər uçota alınmadan istifadə olunub.

Audit göstərib ki, tikintisi başa çatmış 7 Kiçik Su Elektrik Stansiyası istismara verilsə də, onların rəsmi qəbul prosedurları tamamlanmayıb.

Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların istehsal gücünün artırılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlərin görülməsini tövsiyə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam