Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Yalançı obrazını yaratmaq istəyən vəzifə sahibi Heydər Əliyevin əleyhinə necə işləyib? -ŞOK FAKTLAR

Bir müddət bundan öncə "Məşğulluğun işğalı və "Şapka Habilin" əməlləri" başlıqlı məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Şöbəsinin müdiri Habil Alıyev (Alısoy) haqqında faktlara və dəlillərə əsaslanan bir məqalə dərc etmişdik.

Yenixeberorg.com: Əldə etdiyimiz məlumatlara diqqət yetirdikdə aydın görürük ki, bu şəxs daim nüfuzlu və yüksək vəzifəli şəxslərin şəkillərini paylaşır. Qənaətimiz belədir ki, bu maraqlı tendensiyanın iki əsas səbəbi ola bilər; Ya dürüstlükdən, ya da ədalətsizlikdən bunu belə edir. Araşdırmalarımız da bizi yanıltmır. Radikal müxalifət nümayəndələri ilə çox səmimi keçmişi olan Habil Alıyevin çox sayda fotoşəkilləri var. Bəs, niyə, o, yalnız yüksək vəzifəli şəxslərin şəkillərini paylaşır?!

Beləcə, o, bir tərəfdən obraz yaradır, digər tərəfdən isə, keçmişini silir və gizlədir. Lakin bir şəxsiyyət kimi formalaşanlar belə bir addım atmırlar.

Çünki bir şəxsiyyət kimi formalaşsaydı, yüksək vəzifəli şəxslərin şəkillərini paylaşarkən, o şəkillərin arasında Habilin Qarabağ uğrunda döyüşdəki, yaxud hərbi xidmətdəki şəkillərinə də rast gəlinərdi və xidmətdən yayınmazdı.

Araşdırmalar zamanı Habil Alıyevə yaxın mənbələr bildirirlər ki, özü də, qardaşı Qabil Alıyev də hərbi xidmətdən yayınıblar. Təbii ki, müxtəlif sənədlər düzəltməkdə mahir olan Habil Alıyevin sayəsində.

Bəs, görəsən, o, hərbi xidmətə yararsız olan qardaşı necə Azərbaycandan kənarda işləyə bilib?! Habil Alıyev təhsil hüququndan sui-istifadə edərək, hərbi xidmətdən çox vaxt qazanıb. Alimlik dərəcəsi alsaydı hərbi xidmətdən azad edilə bilərdi, elə bir alimlik dərəcəsi də yoxdur. Əgər Habil Alıyev vətənə xidmətdən yayınıbsa, onda o, dövlət qulluğunda necə işləyir?!

Əslində, Habil Alıyevi bu vəzifəyə təyin edən Dövlət Məşğulluq Agentliyinin keçmiş rəhbəri Sadiq Əliyev elə yalanlar danışdıqdan sonra vəzifəsindən ayrılıb ki, bu yalanların ölkə və cəmiyyət rəhbərliyi üçün nə demək olduğunu aydın təsəvvür etmək olur. Təsəvvür edin ki, onun 600.000 (altı yüz min) insana iş verdiyi barədə açıqlamalar, bu şəxsin dediklərinin 99%-nin yalan, qalan 1%-nin isə şübhəli olduğu təəssüratını yaradır. Eynilə, yuxarıdakı faktlardan da göründüyü kimi, təyin olunmuş Habil Əliyevin günəşə pərəstiş davranışı təyin etdiyi şəxsin keçmiş və indiki həvəsi qədər fərqlidir.

Bu araşdırmaların işığında hər kəsin gözü açılmalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəhbəri Habil Əliyev kimi "lazımsız insanların" Prezident və Baş Komandan cənab İlham Əliyevə qarşı nifrət yaratmaq üçün işsizlərə, Qazilərə və Veteranlara qarşı tamamilə fərqli davranmasının səbəbini görməlidirlər. Onlar nə dövlətlə, nə də vətəndaşlarla maraqlanırlar. Onlar yalnız mənfəət, sərvət və pulla maraqlanırlar. Qardaşı və başqa adamların adına açdığı restoran şəbəkələrinin avadanlıqlarının da haradan alındığı məlum məsələdir. Boşuna "Şapka Habil" ləqəbini qazanmayıb.

Oxucularımız Habil Alıyevin Heydər Əliyevin şəxsiyyətini ləkələmək üçün təşkilati fəaliyyətləri haqqında məlumat əldə etdikdə dəhşətə gələcəklər. Əgər belədirsə, Habil Alıyev həqiqətən Yeni Azərbaycan Partiyasının üzvü idimi?

Məhəmməd Əmin Rəsulzadənin təsis etdiyi Azərbaycan Kültür Dərnəyinin, Heydər Əliyevi qəbul etməməsi üçün Habil Alısoy (Alıyev) Türkiyədəki azərbaycanlıların qurmuş olduğu tələbə təşkilatında hansı rol oynayıb? Heydər Əliyevə Türkiyənin Hacəttəpə Universitetinin fəxri diplomu verilərkən, həm bunu protesto edən təşkilatda idarə heyətinin üzvü olaraq fəallığı, daha sonra isə pulum yox, kasıb tələbə görüntüsü ilə Azərbaycan Prezidentinin təyyarəsi ilə Azərbaycana gələndə necə utanmayıb?! Səmimi YAP üzvü olsaydı, elə o vaxtdan

Yeni Azərbaycan Partiyasının üzvü olmalıydı. Bütün dostlarına, onun əvvəlki fəaliyyətini ortaya qoyacaq faktları yox etməyi tapşırır, hətta Heydər Əliyevin Türkiyədən Azərbaycana qayıdan təyyarəyə necə mindirildiyinə də don geydirərək, cəmiyyətə sırıyır.

Bu cür insanlar həmişə cilddən-cildə, rəngdən-rəngə girməyi yaxşı bacarır, buqələmun kimi bir mövqedən digərinə keçməyi yaxşı bacarırlar.

Onların ailəsində yalnız İqbal Alıyev hərbi xidmətə gedib. O səbəblə, obyektlərə Habil yox, onun rəhbərlik etməsi görüntüsü yaradılıb. 30 iyul 1980-ci ildə anadan olub və 2001-2002-ci illərdə xidmət edib. 1972-ci il təvəllüdlü Habilin təhsilinə başladığı tarixə nəzər salsaq, neçə il müharibədə iştirakdan necə yayınıb?!

Bütün bunlar maraqlı və düşündürücü suallardır. Cavab tapmaq üçün

araşdırmalarmız davam edir.

Qarşı tərəfin də mövqe bildirmək haqqını tanıyırıq.(Gundemxeber.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam