Ağcabədidə Kür çayı bəndi yarıb -FOTO

Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.
Yenixeberorg.com-un məlumatına görə, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.
Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.









AZ
RU