Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Söhrab İsmayılov həbs oluna bilər? -SƏBƏB

Xəbər verildiyi kimi, “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin (Bakı Limanı) direktor müavini Söhrab İsmayılov bu İlin yanvarında vəzifəsindən azad edilib.

Yenixeberorg.com: Onun qovulmasına səbəb bir sıra qanun pozuntularına yol verməsi olub.
Lakin bu günlərdə onunla bağlı daha bir qalmaqallı məsələ ortaya çıxıb. Belə ki, Söhrab İsmayılovun bir qrup şəxslə əlbir olaraq maliyyə intizamını kobud şəkildə pozubduğu, müəyyən şirkətlər üçün xüsusi şərait yaradaraq onların qanunsuz varlanmasına imkan yaratdığı aşkarlanıb.
Məlumatda deyilir ki, həyata keçirilən bu maliyyə əməliyyatları nəticəsində Söhrab İsmayılov və ona yaxın şəxslər Bakı şəhərinin mərkəzində, bahalı ərazilərdə daşınmaz əmlak əldə edib, həmçinin yüksək dəyərli avtomobillər kolleksiyasına sahib olublar. Həmin şirkətlərin adları məlum olsa da, mənbələr hələlik onun adını açıqlamırlar. Məlum olan isə odur ki, həmin şəxslərdən bəziləri hazırda dövlət strukturlarında fəaliyyət göstərir.
Tribuna.az-a daxil olan məlumata görə, Söhrab İsmayılovdan dövlətə dəymiş zərərin tam şəkildə ödənilməsi tələb olunub. Məlumata görə, o, bu məbləğin müəyyən hissəsini artıq geri qaytarıb. Lakin ondan tələb olunur ki, zərərin tam həcmi dövlətə qaytarılsın. Əks halda, onun barəsində hüquqi tədbirlərin görüləcəyi, o cümlədən həbs qərarının verilə biləcəyi istisna olunmur.
Xatırladaq ki, Söhrab İsmayılov 2021–2026-cı illərdə Bakı Limanında direktor müavini vəzifəsində çalışıb.
Onu da bildirək ki, Söhrab İsmayılov hazırda Azərbaycan Dövlət Dəmir Yolları İdarəsində çalışır.(tribuna.az)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam