Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kassasiya şikayəti verməyə vəkillə təminatdan imtina MƏHKƏMƏ ÖZBAŞINALIĞIDIR

Nə MHŞ, nə KM, nə MM, nə prokurorluq MƏHKƏMƏNİN ÖZÜNƏ hörmətsizliyinə, özbaşınalığına son qoyur

Yenixeberorg.com: Mülki prosessual qanunvericiliyin tələbinə görə kassasiya və əlavə kassasiya şikayətləri, eləcə də məhkəmə aktına yeni açılmış hallarla bağlı yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Buna deyirlər vəkilin prosesdə məcburi iştirakı. Bu məcburiliyin Konstitusiyaya zidd olması, məhkəməyə əlçatanlığa, məhkəmə təminatı hüququna qadağa olması şübhə doğurmur. Başlıca şübhə odur ki, eldə deyildiyi kimi , vəkil tutmaq hamının cibinə uyğun deyil. Düzdür, qanunverici bu uyğunsuzluğa “ilaç-əlac” tapıb, aztəminatlı şəxslərin dövlət hesabına vəkillə təmin olunmasını qanuniləşdirib; di gəl, məhkəmə, vəkil kollegiyaları qanunu, Konstitusiyanı “ciblərindən aşağıda” tuturlar.

Konstitusiyanın 61-ci, 127-ci maddələrinə görə, hər kəsin yüksək keyfiyyətli ÖDƏNİŞSİZ hüquqi yardım almaq hüququ; məhkəmə icraatının istənilən mərhələsində MÜDAFİƏ(çi) ilə təminolunmaq hüququ vardır. MPM-in 67-1.1-ci maddəsində yazılıb: “...vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı MÜRACİƏTİ əsasında məhkəmə aktını qəbul etmiş MƏHKƏMƏ dövlət hesabına vəkilin prosesdə iştirakını TƏMİN EDİR.”Aydındır ki, kassasiya şikayəti aşağı instansiyaların aktlarından verilir və təbiidir ki, bu aktları qəbul edən məhkəmələr də aşağı instansiya, başlıca olaraq apellyasiya instansiyası məhkəmələridir. Yəni məhkəmə aktını qəbul edən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti vermək üçün MÜRACİƏT edən AZTƏMİNATLI şəxsi dövlət hesabına vəkillə təmin etməlidir. Şəxsin aztəminatlı olması isə MPM-in 67-1.4-cü maddəsi ilə bəlirlənib: orqanizmin funksiyasının 61-100 faiz pozulmasına görə (I-II dərəcə) əlilliyi müəyyən edilmiş şəxslər; insan alverinin, məişət zorakılığının qurbanları; ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; işsiz kimi qeydə alınanlar; maddi vəziyyəti və orta aylıq gəliri yaşayış minimumundan aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən şəxslər.

Qanunverici apellyasiya məhkəmələrinə kassasiya şikayəti verməyə dövlət hesabına vəkilin iştirakını təmin etmək vəzifəsini qoyub, amma məhkəmə bəri başdan təminatdan imtina edir. “Əsas”, daha düzü, qərəz, bəhanə budur ki, şəxsin gəlirləri vəkil tərəfindən GÖSTƏRİLƏN hüquqi yardımın haqqını ödəməyə bəs edər.Halbuki apellyasiya instansiyası kassasiya instansiyasında hələ GÖSTƏRİLMƏYƏN hüquqi yardımın dövlət hesabına, yaxud müraciət edən şəxsin hesabına ödənilməsinə qərar verə bilməz. Buna kassasiya instansiyası məhkəməsi GÖSTƏRİLƏN hüquqi yardımı hesablamaqla qiymət verir. MPM-in 67-1.3-cü maddəsində belə yazılıb ki, məhkəmə ...şəxslərin vəkil tərəfindən GÖSTƏRİLƏN hüquqi yardım haqqını ödəməkdən azad edilməsi ödəmənin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.

Göründüyü kimi, qanunda dövlət hesabına vəkillə təminatdan yox, GÖSTƏRİLƏN xidmət haqqını ödəməkdən azad edilmədən imtinanəzərdə tutulub. Məhkəmə hakimiyyəti isə qərəzi, sifarişi qanundan üstün tutub, vəkilin dövlət hesabına prosesdə iştirakına qadağa qoyurlar.

Bakı Apellyasiya Məhkəməsinin bütün kollegiyaları ya qərəzdən, ya savadsızlıqdan son üç ildə 1-ci d. Qarabağ qazisinin kassasiya , bununla da məhkəmə təminatı hüququna vəkillə təminatdan imtina etməklə qadağa qoyub və bu qadağa üç ildir preyudisial akt kimi , əsas hüquq və azadlıq kimi tətbiq olunur. ( Şərafət Məmmədova, Cahangir Yusifov, Pərviz Hüseynov İKüçlüyünün vəkildən imtina “preyudusial aktı”nı kolleqaları Ceyhun Məmmədov, Aytən Oruczadə, Rəşid Səmədov, Günel Abbasova, Kamran Əkbərov, Nigar Nəbizadə, Elvin Əliyev , Mirzə Tağızadə..., MK üçlükləri Rafael Eyvazov, Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva, Fuad Abdıyev, Anar Tanrıverdiyev, Fərrux Qasımov, İkram Şirinov, Elşğn Kazımov, Namik Cəfərov, Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə... uğurlahələ də Konstitusiya aktı kimi tətbiq edirlər.

Hətta Ali Məhkəmənin özü də (Rahib Nəbizadə, Səyyad Kərimov, Vüsalə Baxışova, Zaur Əliyev, Zəki Babayev..) , hətta Konstitusiya Məhkəməsinin özü də (ya şikayəti it bata salır, ya da hüquqi yardım, məhkəmə təminatı hüququna qadağanı Konstitusiyaya uyğun sayıb, icraatından imtina edir), hətta inzibati mübahisələrdə də qanunda yazılmadığı halda vəkillə təminatdan imtinanı preyudusial akt kimi qüvvəyə mindirir. Hələ VK özü də ödənişsiz yardım xidmətindən imtina edirsə , hansı məhkəmə təminatı, hüquqi yardım hüququndan danışmaq olar?

Fikrimizcə, Ali Məhkəmənin Plenumu dövlət hesabına hüquq yardım göstərilməsinin vahid məhkəmə təcrübəsini formalaşdıran qərar çıxarsa, bəlkə özbaşınalığa son qoyular. Bəlkə... Təcrübə Plenumun qərarlarına da əməl edilmədiyini göstərir.

Məğrur Bədəlsoy

P.S. Milli Məclis MPM-in 67-1.4.1-ci maddəsini anlaşılmaz şəklə salıb. 11.04.2025-ci ildə dəyişənədək “Orqanizmin funksiyasının 61-100 faiz pozulmasınagörə əlilliyi müəyyən edilmiş və işləməyən, elə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərifadəsi “”dən sonra işləməyən şəxslər və əlilliyi olan uşaqlarşəklinə salınıb. Bu isə orqanizmin funksiyasının 31-60 faiz pozulmasınagörə əlilliyi müəyyən edilmiş (III dərəcəli) şəxslərin hüquqlarının pozulması deməkdir. Bu barədə dəfələrlə MM-ə təklif verilsə də, ya qulaqardına vurulub, ya da gözardı edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam