Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

Azərbaycan şəhərləri zəngin tarixi irsi davamlı inkişafın müasir prinsipləri ilə təbii şəkildə özündə birləşdirir.

Yenixeberorg.com xəbər verir ki, bu barədə "The Holland Times" nəşrinin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məqaləsində bildirilib.

Materialda qeyd olunub ki, ölkədə qədim məskunlaşma ənənələri dinamik sənaye modernləşdirilməsi, eləcə də intellektual və dayanıqlı şəhər inkişafına yeni yanaşmanın formalaşması ilə təbii şəkildə uzlaşır.

Müəllif nümunə kimi İçərişəhər, Qız qalası, Qobustan və Şirvanşahlar Sarayını, həmçinin Bakının müasir memarlıq rəmzləri olan Heydər Əliyev Mərkəzi və "Flame Towers"i göstərir. Paytaxtdan kənarda yerləşən yeni nəsil layihələrə, o cümlədən Ağalıdakı (Zəngilan) "Ağıllı kənd"ə, Füzuli, Zəngilan və Laçındakı beynəlxalq hava limanlarına, eləcə də ölkə boyu digər müasir şəhərsalma təşəbbüslərinə xüsusi diqqət yetirilir.

"The Holland Times" vurğulayır ki, WUF13 dayanıqlılıq, mənzil tikintisi və dayanıqlı artım kimi əsas mövzuların - Avropa, xüsusən də Niderland daxil olmaqla, müxtəlif regionlara getdikcə daha çox təsir edən problemlərin müzakirəsi üçün platformaya çevriləcək.

"WUF13 dünyanın dörd bir yanından olan aparıcı şəhərsalma mütəхəssislərini bir araya gətirdiyi üçün Azərbaycanın təcrübəsi Niderland kimi ölkələrlə mühüm təmas nöqtələri açır. Hər iki ölkə innovasiyalar və qabaqcıl planlaşdırma yanaşmaları ilə məkan məhdudiyyətləri, iqlim dəyişikliyinə uyğunlaşma və mənzilə artan tələbatla bağlı problemlərin həlli üzərində fəal şəkildə işləyir. Niderland su ehtiyatlarının idarə olunması və yığcam şəhər planlaşdırılması sahəsindəki təcrübəsi ilə tanındığı halda, Azərbaycan sürətli dəyişikliklər, ərazilərin irimiqyaslı regenerasiyası və eksperimental "ağıllı şəhər" layihələri ilə xarakterizə olunan, tamamlayıcı inkişaf modeli nümayiş etdirir. Birgə bu yanaşmalar dayanıqlı, inklüziv və ekoloji cəhətdən təhlükəsiz şəhərlər haqqında daha geniş qlobal dialoqun formalaşmasına kömək edir", - məqalədə qeyd olunub.

Bundan əlavə, müəllif vurğulayır ki, Niderlandın rəsmi nümayəndə heyəti tərkibində şəhərlərin, akademik icmanın və özəl sektorun nümayəndələri ilə birlikdə WUF13-də iştirakı əməkdaşlığın möhkəmləndirilməsi, habelə şəhər planlaşdırılması, innovasiyalar və dayanıqlı inkişaf sahələrində yeni qarşılıqlı fəaliyyət imkanlarının açılması üçün mühüm addım ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam