Aktau 2030-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı ola bilər

Qazaxıstanın Aktau şəhəri 2030-cu ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı olması üçün vahid namizəd kimi irəli sürülüb.
Yenixeberorg.com xəbər verir ki, bunu İƏT-in Baş katibinin müavini Yerjan Mukaş qurumun Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasında bildirib.
"2030-cu il üzrə İƏT turizm paytaxtının müəyyənləşdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Müzakirələr nəticəsində Qazaxıstanın Aktau şəhəri vahid namizəd kimi irəli sürülüb",- deyə o qeyd edib.










AZ
RU