Xəbər verdiyimiz kimi, Davinçi Estetik klinikasında qanunsuz estetik prosedurların həyata keçirildiyi ilə bağlı iddialar yayılıb.
Yenixeberorg.com: Əvvəlki materiallarda da qeyd olunduğu kimi, burada tibbi təhsili olmayan şəxslərin estetik müdaxilələr icra etməsi ilə bağlı məlumatlar mövcuddur.
Rəsmi məlumatlar agörə, Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan araşdırma zamanı “Dr Afərim” kimi tanınan Afərim Süleymanovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı təsdiqlənib. Həmçinin Süleymanova Afərim Ağalar qızının fərdi sahibkar kimi özəl tibbi fəaliyyətlə məşğul olması üçün xüsusi razılığının (lisenziyasının) mövcud olmadığı müəyyən edilib.
Bundan əlavə, Cəmalə Rüstəmova adlı şəxsin “Cəmilə Paşayeva” adı ilə klinikada qeydiyyatçı kimi işə götürülsə də, eyni zamanda estetik prosedurlar (üzgərmə, qaşqaldırma və s.) icra etdiyi iddia olunur.
Sosial platformalarda yayılan məlumatlara görə, həmin şəxs pasiyentlərlə əlaqə saxlayaraq onları klinikaya yönləndirir, prosedurlar üçün razılaşmalar aparır. Bildirilir ki, bu məqsədlə sosial şəbəkələrdə müxtəlif səhifələr vasitəsilə müraciətlər qəbul edilir və pasiyentlər klinikaya dəvət olunur.
Qeyd olunan iddiaların araşdırılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və aidiyyəti qurumların səlahiyyətindədir.
Bütün bunlara baxmayaraq, klinikanın rəhbəri olduğu bildirilən Rafiq Əliyev müxtəlif yollarla fəaliyyətlərini qanuni kimi təqdim etməyə çalışır və rəsmi dövlət qurumlarının açıqlamalarını təkzib etməyə cəhd göstərir. Belə ki, son günlər bəzi media resurslarında “Davinçi Estetik”lə bağlı yayılan məlumatları yalanlamağa çalışdığı, müxtəlif açıqlamalarla fəaliyyətlərinin qanuni olduğunu əsaslandırmağa cəhd etdiyi bildirilir.
Lakin fakt olaraq qeyd olunur ki, “Dr Afərim” kimi təqdim edilən Afərim Süleymanovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.
Məlumat üçün bildirək ki, klinika Bakının Yasamal rayonunda fəaliyyət göstərir və Natavan Babayeva idarəçiliyi ilə ik qanunsuz estetik əməliyyatlar olunur.
Hazırda “Davinçi Estetik”də həkim olmadan fəaliyyət göstərdiyi iddia edilən şəxslər – Afərim Süleymanova (“Dr Afərim”) və Elvar Quluzadə (“Dr Elvar”) ilə bağlı araşdırmaların aparıldığı bildirilir.
Araşdırmamız davam edir.
Yazıda adı keçən şəxslərin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.(XALQ)










AZ
RU
