Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Birgə körpü tikiləcək...

Türkiyə ilə Ermənistan birgə körpü tikəcək

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

Yenixeberorg.com: Bu barədə Cevdet Yılmaz görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanı təmsil edərək iştirak etdiyi sammit çərçivəsində Paşinyanla geniş və məhsuldar müzakirələr aparıb.

“Paşinyanla görüşümüz zamanı ikitərəfli münasibətləri ətraflı şəkildə qiymətləndirdik. Eyni zamanda nəqliyyat, gömrük, enerji, rəqəmsal infrastruktur və əlaqəliliyin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə etmək imkanımız oldu”, – deyə Yılmaz qeyd edib.

Türkiyə vitse-prezidenti normallaşma prosesində qarşılıqlı konstruktiv addımların konkret nəticələr verməsindən məmnun olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, tərəflər iki ölkə sərhədindəki Ani körpüsünün birgə bərpasına dair memorandum imzalayıblar.

“İmzalanan memorandum çərçivəsində Ani körpüsünün ortaq şəkildə bərpası kimi simvolik və konkret əməkdaşlıq layihələrinin bölgədə davamlı sülh və etimad mühitinə töhfə verəcəyinə inanırıq. Türkiyə Cənubi Qafqazda sülh, dialoq və sabitlik əsasında normallaşma prosesinin irəlilədilməsi, iqtisadi əməkdaşlığın artırılması və xalqlar arasında təmasların gücləndirilməsi istiqamətində siyasətini davam etdirəcək".

Sonda o, Nikol Paşinyana göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və görüşün faydalı nəticələr verəcəyinə ümid etdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam