Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Azad edilmiş ərazilərə səfərlər müxtəlif sahələrdə ABŞ-Azərbaycan əməkdaşlığını genişlənməsinə dəstək verir.

Yenixeberorg.com xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, mayın 1-2 tarixlərində müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan hökuməti tərəfindən təşkil olunmuş rəsmi səfər çərçivəsində diplomatik korpusun üzvləri ilə birlikdə Xocalı, Xankəndi, Şuşa və Laçına səfər edib.

Bildirilib ki, Xocalıda Karlon 1992-ci ilin fevralında həlak olanların xatirəsinə ucaldılmış Xocalı memorialını ziyarət edib:

"Şuşada o, ASAN xidmət mərkəzində, regional xəstəxanada, regionun ən böyük məscidi olması nəzərdə tutulan yeni məscidin tikinti sahəsində və digər məkanlarda olub. Müvəqqəti işlər vəkili Karlon həmçinin Xankəndi və Laçında həyata keçirilən yeni infrastruktur və regional inkişaf təşəbbüsləri ilə tanış olmaq imkanı əldə edib. Bura Qarabağ Universiteti və Zerti Aqro-Sənaye Parkı da daxildir. Bu, Emi Karlonun son bir həftə ərzində regiona ikinci səfəri olub. O vurğulayıb ki, bu cür səfərlər region haqqında daha aydın təsəvvür formalaşdırmağa kömək edir, həmçinin əlaqəlilik, iqtisadi inkişaf, müdafiə və təhlükəsizlik kimi sahələrdə ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsini dəstəkləyir", - deyə səfirlik qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam