Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş -23,4 milyon...


"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC növbəti satınalma müsabiqəsinə yekun vurub.

Yenixeberorg.com: Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı keçirilən tenderin qalibi "Xezer-Constuction” MMC seçilib. Təmir işlərinə görə şirkətə 23 478 460,75 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
"Xezer-Construction” MMC bundan az əvvəl "Bakı Əsaslı Tikinti və Təmir” MMC-nin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 61 087 536,21 manat təşkil edib.
"Bakı Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində faəliyyət göstərirdir. MMC-nin rəhbəri Abit Əliyevdir. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxs kimi tanınır.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam