Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Yenixeberorg.com-un məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.
Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.










AZ
RU