Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK: “Deyirlər ki, xoşun gəlmir get başqa yerdə iş tap...” -BU NƏDİ BELƏ?

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri. tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti işçi gileyini ictimailəşdirib. 
Yenixeberorg.com: Bu dəfə narazılıq edən "Neftqaztikinti" Trestinin işçiləridir və onlar yazır:
"Hər dəfə növbə dəyişərkən PSK 173 ilə 7-8 saat gəmidə oluruq Növbə dəyişilən vaxt gəmi 10-12 bloka gedir və bu halda bütün işçilər də həmin gəmidə olur. Bu halda gəmi ilə 7-8 saat yol getdiyimiz halda bizə 3(üç)saat yol qeyd olunur(????). Soruşduqda " demoqoqluq eləmə,xoşun gəlmir get başqa yerdə iş tap "və s.cavabı verilir.
Axı 8(səkkiz)saat yolda oluramsa ,niyə mənə 3(üç)saat yazılır?
And olsun Allaha... gecə işlədirlər yazmılar, hər smenə 4 dəfə boş dayanma yazırlar..."
Bildirək ki, bu müraciəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 310 ilə cəzalandırıla biləcəyini qeyd edən NMHT sədri qanuna istinadla əlavə edir: "Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət səbəbindən cəza kəsilməlidir.
M.Qəhərmanlı qeyd edir ki, bu hal başqa idarələrdə də müşahidə olunur:
"Təklif edirəm ki, SOCAR-ın rəhbər işçiləri üçün sakit havada (bir az küləkli olsa, gəmilər köhnə olduğu üçün kapitan getməyəcək) özüllərlə tanış olmaq, baxmaq (bir gündə 5-6 özülə) üçün PSK, MPK gəmilərində məcburi gəzinti təşkil olunsun. Bəlkə onda neftçilər normal gəmilərlə təmin olunar..."
Xatırladaq ki, “Neftqaztikinti” tresti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 25 738 120 manatdır. Trestin rəhbəri Seyfullayev Qağaməli Hökməli oğludur.(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam