Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq-İran rəsmisi

Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq- İran rəsmisi

Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq.

Yenixeberorg.com: Bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

"Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq, biz təslim olmayacağıq", - o bildirib.

İran parlamentinin sədr müavini bildirib ki, xalq ABŞ-yə güclü zərbə vurub:

"Dünya heç bir təzyiq altında təslim olmayan bir güclə üz-üzə gəldiyini qəbul etməlidir. İran Amerikanı və İsraili çıxılmaz bataqlığa sürükləyib. Silahlı qüvvələrimiz Amerikaya tarix və coğrafiya dərsi keçib".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.("Report")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam