Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

PUTİNİN SON QƏLƏBƏ PARADI?! -Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir...

Onlar almanları məğlub etdilər. Amma almanlar ağır məğlubiyyətə rəğmən, qısa müddətdə onlardan qat-qat varlı, inkişaf etmiş, mədəni, azad ölkə qurdular.

Yenixeberorg.com: Onlar bundan öncə finləri məğlub etdilər. Amma finlər bu gün dünyanın ən yüksək həyat səviyyəsinə malik xalqlarından biridir. Onlar isə Finlandiya sərhədini keçib bu parlaq ölkədə yaşamaq üçün çox şeylərindən keçməyə hazırdırlar.

Onlar daha əvvəl fransızları məğlub etmişdilər. Amma fransızlar öz ölkəsini aclıq, yoxsulluq bataqlığına çevrilməyə qoymadılar, onu rifah, incəsənət, hətta dünyanın moda paytaxtına çevirdilər.

Onlar bir vaxtlar yaponları da məğlub etmişdilər. Amma buna baxmayaraq, yaponlar öz ölkəsini dünyanın texnoloji inkişaf mərkəzinə çevirdilər və bu gün bu ölkədə robotlar belə “qalib ölkə”nin əhalisindən daha çox hüquqa malikdirlər…

Bəli, söhbət “qalib” Rusiyadan gedir. O Rusiyadan ki, həmin qələbələrdən ona qalan yalnız paradlar, həlak olanların portretləri və kədərlə qarışıq qürur hissi, eyni zamanda da “məğlublardan” qat-qat aşağı həyat səviyyəsi, üstəgəl hüquqsuzluq, saxtakarlıq, gerilik, korrupsiyadır. Odur ki, döyüş meydanını kənara qoyub, bugünkü reallığa baxsaq, kimin qalib, kimin məğlub olduğu aydın görünür…


Rusiya bu gün 9 may paradına qorxu və təşviş içində hazırlaşır. Paradda iştirak edənlərin belə bir gözü göydə olacaq. Bu qorxunun əsl səbəbi də, səbəbkarı da bəllidir və bunlar əslində, nə Ukrayna PUA-ları, nə də Zelenskidir – bunlar Ukraynaya qarşı işğalçılıq müharibəsi və bu müharibəyə qərar verən şəxsdir…

Təəssüf ki, bu gün Kremlin təşkil etdiyi “Qələbə paradları” müharibə qurbanlarının və qəhrəmanlarının xatirəsini anmaq əvəzinə, Rusiyanın indiki hakimiyyətinin siyasi reklamına, piarına xidmət edir. Lakin göründüyü kimi, artıq bu şou da əvvəlki illərdəki kimi alınmır, ya da yarımçıq, “qısır” alınır. Bu da bir əlamətdir.

Mərhum Boris Nemtsovun məşhur bir ifadəsi var: “Putin Rusiyanı dağıtmayınca heç yerə getməyəcək”. Amma bu gün 2026-cı il 9 may paradının hətta Putin üçün Kreml sahibi qismində son parad olacağını, gələn ilin bu vaxtına qədər onun kənarlaşdırılacağını iddia edən ciddi politoloqlar var. Əlbəttə ki, bu ssenarini reallaşdıran 9 may paradına düşəcək hansısa Ukrayna PUA-sı olmayacaq. Tərəflərin bir-birini hədələməsinə rəğmən, məlum məsələdir ki, Kiyev böyük ehtimalla hər nə qədər ürəyindən keçirsə belə, birbaşa paradı və Putini bombalamayacaq.

Əvəzində bu paradın Putin üçün dövlət başçısı simasında sonuncu ola biləcəyi proqnozunu əsaslandıran xeyli başqa ciddi arqumentlər var – müharibədəki uğursuzluq, saysız-hesabsız itkilər, beynəlxalq təcrid, Rusiyanı bürüyən PUA və raket hücumları, əhalinin bu hücumlardan qorunma mexanizmlərinin olmaması, insanların həm müharibədən, həm də mövcud hakimiyyətdən bezməsi, internet kəsintiləri, iqtisadi tənəzzül – bir sözlə, müharibənin fiziki və mənəvi olaraq Rusiya ərazisinə daşınması. Bütün bunlar özünü Putinin əhali arasında nüfuzunun, reytinqinin kəskin şəkildə aşağı düşməsində və elitaların da narazılığının artmasında, hətta onların parçalanmasında göstərir. Müharibəni heç cür dayandıra bilməyən Putinlə reallıq arasında yaranan uçurum isə getdikcə artır və bu, tək onun deyil, bütünlükdə Rusiyanın taleyində həlledici rol oynaya bilər…

Rusiya təbliğatı Ukraynadakı hazırkı müharibəni 1941-1945-ci illər Böyük Vətən Müharibəsi ilə eyniləşdirməyə çalışır. Lakin bu müqayisə yumşaq desək, qüsurlu, sərt desək nadanlıq, nankorluq, hətta biabırçılıqdır. Həmin vaxt Azərbaycan da daxil olmaqla, SSRİ xalqları pis-yaxşı ümumi dövlət, Vətən sayılan SSRİ-yə hücum edən faşizmə qarşı mübarizə aparırdı, qurban verirdi. İndi isə SSRİ-nin bütün maddi, hərbi, iqtisadi, siyasi nailiyyətlərinə və sərvətlərinə sahib çıxan respublika olan Rusiya ətrafa – öz keçmiş VƏTƏNDAŞLARINA və onların övladlarına işğal, təhdid, qorxu, təxribat, nifaq saçır və bunun kulminasiya nöqtəsi Ukraynada baş verir.

1941-1945-ci illər savaşı bütün SSRİ xalqlarının savaşı idi, tək Rusiyanın yox! Ona görə bu xalqlar həmin savaşdan olduqca böyük itkilər və qurbanlar bahasına olsa da, qalib çıxdılar. Həmin vaxt da mərkəzi hakimiyyət rus imperiyaçılarının simasını dəyişmiş törəmələri olan bəzi bolşeviklərin və Stalinin repressiya dəstəsinin əlində olmasaydı, bu savaş keçmiş SSRİ xalqlarına daha az itkilərlə və daha sürətli qələbə ilə başa gələrdi. O cümlədən yüzminlərlə azərbaycanlı həmin savaşda başıpozuq, “qəssab”, “top əti” hücumları ilə ad çıxarmış Jukov kimi generalların rəhbərliyi ucbatından həlak olmaz, itkin düşməz, yaralanmazdı…

Bugünkü Rusiya təklikdə nəyə “qadir olduğunu” Ukraynada, bundan öncə Çeçenistan müharibələrində, Gürcüstanda, Azərbaycanda, Moldovada yaratdığı qanlı millətlərarası ədavətlərdə göstərib. Göstərib ki, keçmiş SSRİ-yə daxil olan xalqlara sülh, rifah yox, ədavət, qırğınlar gətirə bilir. Rusiya hakimiyyətinin qonşu xalqların 1941-1945-ci illərdə Rusiya torpaqlarında döyüşmüş qəhrəmanlarına qoyduğu “hörmət” isə onların bugünkü övladlarının, nəvələrinin Rusiyada hər addımbaşı aşağılanmasından, onlara ikinci sort insan münasibəti qoyulmasından aydın görünür. Əlbəttə ki, milliyyətindən asılı olmayaraq, həmin qəhrəman babalar bugünkü biabırçılığı görsəydilər, bunu Rusiyaya və onu idarə edənlərə bağışlamazdılar…(Azpolitika)

Cəlal Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam