Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb -13 nəfər yaralanıb

Mayın 7-nə keçən gecə Rusiyanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirilib.

Yenixeberorg.com: “Interfax”ın məlumatına görə, hücumların ən çox Bryansk vilayətində qeydə alındığı bildirilir.

Vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Bryanskın Bejitski rayonuna endirilən zərbə nəticəsində 13 nəfər, o cümlədən bir uşaq yaralanıb.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Hücum nəticəsində iki çoxmərtəbəli yaşayış binası, 20-dən çox mənzil və təxminən 40 avtomobilə ziyan dəydiyi qeyd olunub.

Həmçinin Rjev şəhərinin hücuma məruz qaldığı deyilir. Qubernator Vitaliy Korolev bildirib ki, üç yaşayış binasına ziyan dəyib, lakin xəsarət alan olmayıb. Təxminən 350 nəfər, o cümlədən 60 uşaq təxliyə edilib.

Samara vilayətində PUA hücumu səbəbindən “Xalça” planı tətbiq olunub və hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb. Bir sıra şəhərlərdə hava həyəcan siqnalları səsləndirilib.

Moskva istiqamətində isə gecə və səhər saatlarında ümumilikdə 11 pilotsuz aparatın vurulduğu açıqlanıb. Şəhər meri Sergey Sobyaninin sözlərinə görə, fövqəladə xidmətlərin əməkdaşları dron qalıqlarının düşdüyü ərazilərdə işləyirlər.

Hücumlar fonunda Şeremetyevo və Vnukovo hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Sonradan Şeremetyevodakı məhdudiyyətlər aradan qaldırılsa da, Vnukovo hava limanı hələ də bağlı qalır.

Məlumata əsasən, Moskvadan 37 reys gecikib, üç reys isə ləğv olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam