Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

"Bakı Metropoliteni" QSC 9 May–Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

Yenixeberorg.com xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May–Əhmədli" və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam