Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub

Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub.

Yenixeberorg.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın siyasi və hərbi potensialı bu müddət ərzində artıb:

"Bu isə xalqımızın və dövlətimizin mühüm problemlərinin həllinə gətirib çıxarıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında zəfər qazandı. Bütün bunlar Heydər Əliyev tərəfindən başladılmış inkişafın, əldə edilmiş razılaşmaların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi idi. 1993-cü ilin iyununda Heydər Əliyevin böyük siyasətə qayıdışı, Azərbaycan parlamentinin sədri kimi fəaliyyəti sayəsində ölkənin yeni inkişaf səviyyəsi yüksəldi. Bu gün dövlət başçısının səyləri ilə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olub. Onun ideyaları xalqımızın bugünkü və gələcək nəsillərinin əməllərində yaşayır və yaşayacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam