211 nömrəli məktəbdə ŞOK: İbtidai sinif müəllimi və "vəkil" ərindən yüz minlik fırıldaq! -VİDEO

Redaksiyamıza paytaxtın Nəsimi rayonunda yerləşən 211 nömrəli tam orta məktəblə bağlı dəhşətli və kütləvi xarakter daşıyan şikayət müraciətləri və videomüraciətlər daxil olub. Daxil olan iddialar sadəcə bir nəfərin yox, onlarla şəxsin eyni metodla – müəllim adından və təhsil ocağından sui-istifadə edilməklə toruna salındığını, on minlərlə manat vəsaitin mənimsənildiyini ortaya qoyur.
Yenixeberorg.com: İttihamların mərkəzində dayanan şəxslər isə eynidir: 211 nömrəli məktəbin ibtidai sinif müəllimi Məmmədova Nigar Cavid qızı və onun özünü vəkil kimi təqdim edən həyat yoldaşı Məmmədov Tahir Şəmsəddin oğlu. Bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist "Edliyyeinfo.az" informasiya portalının təsisçisi və rəhbəri, AJB-nin üzvü Jalə Asiman ictimailəşdirib.O daha sonra bildirir:Redaksiyamıza videomüraciət ünvanlayan zərərçəkənlərdən biri, elə həmin məktəbin ibtidai sinif müəllimi Musəvi Gülər Mirdamət qızı bildirir ki, həmkarı Nigar Məmmədova onun mənzil probleminin olduğunu öyrəndikdə, həyat yoldaşı Tahir Məmmədovun vəkil olduğunu və MİDA-dan ev almağa kömək edəcəyini vəd edib. Gülər xanım əvvəlcə ev sənədləşdirilməsi, daha sonra isə oğlunu işə düzəltmək adı ilə fərqli vaxtlarda bu şəxslərə cəmi 87 000 manat pul verib. Nəticədə isə nə ev düzəlib, nə iş, nə də pul geri qaytarılıb. Uzunmüddətli tələblərdən sonra Tahir Məmmədov pulun cəmi 10 400 manatını qaytarsa da, qalan böyük məbləği mənimsəyib.
Digər tükürpədici müraciət isə birinci qrup gözdən əlil olan Zinyət Qurbandan daxil olub. O qeyd edir ki, özünü vəkil kimi təqdim edən Tahir Məmmədov həyat yoldaşı müəllimə Nigar Məmmədovanın vasitəçiliyi ilə onun kredit məsələsini həll etmək adı ilə 3000 manat, onun yaşlı anasından isə MİDA-dan ev almaq üçün ilkin ödəniş adı ilə 2500 manat pul alıb, lakin heç bir iş görməyərək pulu mənimsəyib. Eyni məktəbin şagirdinin valideyni Abduləzizova Zarina Abduləziz qızı da oxşar fırıldağın qurbanı olduğunu deyir. Qızının sinif rəhbəri Nigar Məmmədova valideynin ev problemini bildikdə həyat yoldaşının "vəkil qüdrətinə" arxalanaraq onlardan ümumilikdə 28 000 manat pul alıb və hazırda nə problemi həll edir, nə də pulu geri verir.Əldə etdiyimiz məlumatlara görə, bu ər-arvad tərəfindən aldadılan şəxslərin sayısı olduqca çoxdur və zərərçəkənlərin böyük əksəriyyəti məhz 211 nömrəli məktəblə birbaşa əlaqəsi olan müəllimlər, valideynlər və məktəb işçiləridir. Nigar Məmmədova müəllim nüfuzundan və sinif rəhbəri statusundan istifadə edərək insanların etibarını qazanıb, onları inandıraraq həyat yoldaşı Tahir Məmmədovun önünə bir tələ kimi atıb. Bir neçə nəfərdən eyni üsulla, yalan vədlərlə, müəyyən xidmətlər qarşılığında kütləvi şəkildə on minlərlə pul yığılması heç bir halda sadə mülki mübahisə ola bilməz və burada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsinin tərkib hissəsi açıq-aydın görünür.
Elm və Təhsil Nazirliyini valideynləri və həmkarlarını toruna salmaqda ittiham olunan bir şəxsin hələ də ibtidai sinifdə uşaqlara hansı mənəviyyatla dərs keçdiyini ciddi şəkildə araşdırmağa çağırırıq. Mövzu və daxil olan yeni zərərçəkmiş müraciətləri diqqətimizdədir. Şikayətçilərin videomüraciətlərini oxucularımıza təqdim edirik.










AZ
RU