Özgür Özəl CXP-nin qərargah binasından çıxarıldı

Kamal Kılıçdaroğlunun tələbi ilə partiyanın keçmiş sədri Özgür Özel və tərəfdarları CHP mərkəzi qərargahından çıxarılıb.
Yenixeberorg.com: Türkiyə mediası xəbər verir ki, Özgür Özel partiya qərargahı qarşısında tərəfdarlarına müraciətdə deyib ki, bu gün CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar.
Xatırladaq ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.










AZ
RU