Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub-FOTO

Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinİ (BANM) ziyarət edib.

Yenixeberorg.com xəbər verir ki, qonaq əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub.

BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra qonaq BANM-in tələbə və əməkdaşları ilə görüşüb.

Görüşdə çıxış edən E.Qasımov bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

III Msvati çıxışında BANM-in müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də Ali Məktəbdə təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşün yekununda III Msvatiyə BANM-in "Fəxri qonaq" diplomu təqdim olunub.

Daha sonra Esvatini Kralı Ali Məktəbin xatirə kitabına təəssüratlarını yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam