Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Qarabağ" "İmişli"ni qəbul edəcək

Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək.

Yenixeberorg.com-un məlumatına görə, "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan "Şamaxı"nın isə 35 xalı var.

"Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "İmişli"ni qəbul edəcək. Qarşılaşmanı Emin Əliyev idarə edəcək. "Qarabağ" 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 33 xala malik "İmişli" doqquzuncudur.

Hər iki oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam