Azərbaycanda mobil operatorların gəlirləri 5% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1 milyard 271,2 milyon manat məbləğində xidmət göstərib.
Yenixeberorg.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9% çoxdur.
Xidmətlərin 70,5%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 408,7 milyon manatı (32,2%-i) mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il mobil telefon rabitəsi sahəsində gəlirlər 5,1% artıb.










AZ
RU