Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

ABŞ-yə sərt xəbərdarlıq:"...qan gölünə səbəb ola bilər”

1740550794 abs

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin ölkəsinə qarşı mümkün hərbi müdaxilə təhdidlərinə sərt reaksiya verib. O, belə addımın regionda ciddi sabitlik pozuntusuna və “gözlənilməz qan gölünə” səbəb ola biləcəyini deyib.

Yenixeberorg: Kuba lideri sosial media hesabındakı paylaşımında ABŞ-nin təhdidlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Dias-Kanel Vaşinqtonu “planetin ən böyük gücü” adlandıraraq qeyd edib ki, ABŞ-nin Kubaya qarşı mümkün hərbi müdaxiləsi regional sülh və təhlükəsizlik üçün ciddi risk yaradır.

“Kubaya qarşı təhdidin özü belə beynəlxalq cinayət sayılır. Bu təhdidin həyata keçirilməsi regional sabitlik üçün dağıdıcı nəticələr doğura və gözlənilməz qan gölünə səbəb ola bilər”, – deyə o bildirib.

Kuba Prezidenti əlavə edib ki, ölkəsi heç bir dövlət üçün təhlükə yaratmır və ABŞ-yə qarşı aqressiv siyasət yürütmür. Onun sözlərinə görə, bunu Vaşinqton administrasiyası da yaxşı bilir.

Dias-Kanel həmçinin Kubanın uzun illərdir ABŞ-nin “çoxşaxəli təzyiqləri və təcavüzkar siyasəti” ilə üzləşdiyini qeyd edib. O vurğulayıb ki, ölkəsinin mümkün hücum qarşısında özünü müdafiə etməsi beynəlxalq hüquqa uyğun qanuni haqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam