Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb

Qəbələ şəhərinin Sura Kərimova küçəsinin təbii qazla qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Yenixeberorg.com: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, küçədən keçən, diametri 108 mm olan qaz xəttində qaz sızması aşkarlanıb. Bununla əlaqədar, bu gün saat 10:15-dən həmin küçənin qaz kəsilib. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa olunacaq.










AZ
RU