Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb -25 nəfər yaralanıb

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xerson, Sumı və Dnepr vilayətlərinə zərbələr endirib, nəticədə 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyaların (VHA) rəhbərləri və hüquq-mühafizə orqanları bildirib.

Xerson VHA-nın rəhbəri Aleksandr Prokudin bildirib ki, regionda Rusiya zərbələri nəticəsində 1 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Ukraynanın Milli Polisinin mətbuat xidməti Rusiya qoşunlarının Sumı vilayətinin yaşayış məntəqələrini atəşə tutduğunu və 2 nəfərin yaralandığını bildirib.

Dnepr VHA-nın rəhbəri Aleksandr Qanja qeyd edib ki, Rusiya qüvvələri vilayətin iki rayonuna pilotsuz uçuş aparatları (PUA), artilleriya və aviabombalarla hücum edib.

"6 nəfər yaralanıb. Rusiya təxminən 20 dəfə vilayətin iki rayonuna PUA-lar, artilleriya və aviabombalarla hücum edib", - o, teleqramda yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam