Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

“Referans Estetik Mərkəzi”ndən ciddi narazılıq:Rövşən Babayev estetik görünüşümü pozdu…..

“Referans Estetik Mərkəzi”ndən ciddi narazılıq: Rövşən Babayev estetik görünüşümü pozdu…..
Vətəndaş Pərvanə Novruzova iddia edir ki, “Referans Estetik Mərkəzi”ndə üzərində həyata keçirilən estetik əməliyyatdan sonra ciddi narazılıq yaşayır və hazırda həm sağlamlığı, həm də təhlükəsizliyi ilə bağlı narahatlıq keçirir.
Yenixeberorg.com: Vətəndaşın redaksiyamıza təqdim etdiyi sənəddə qeyd olunur ki, 22 yanvar 2024-cü il tarixində “Royal Aesthetic Centre” MMC-nin nəzdində fəaliyyət göstərən “Referans Estetik Mərkəzi”ndə Rövşən Babayev adlı şəxs tərəfindən onun üzərində septorinoplastika əməliyyatı icra olunub. Klinikadan təqdim edilən arayışda da bu fakt öz əksini tapır.
Qeyd edək ki, septorinoplastika burun çəpərinin düzəldilməsi ilə yanaşı burnun estetik formasının dəyişdirilməsi məqsədilə aparılan cərrahi əməliyyat hesab olunur.
Pərvanə Novruzovanın iddiasına görə, əməliyyatdan sonra gözlədiyi nəticəni əldə etməyib və həm səhhətində, həm də estetik görünüşündə narazılıq yaradan problemlərlə üzləşib. O bildirir ki, məsələ ilə bağlı klinikaya müraciət etdikdə ödədiyi vəsaitin geri qaytarılması əvəzinə ona yenidən ikinci əməliyyat təklif olunub.
Lakin vətəndaş ikinci dəfə əməliyyat masasına uzanmaq istəmədiyini bildirir. Bunun səbəbi kimi isə adı hallanan Rövşən Babayev barədə apardığı araşdırmaları göstərir.
Belə ki, Pərvanə Novruzova iddia edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ictimaiyyətə açıqladığı plastik cərrahların rəsmi siyahısında Rövşən Babayev adına rast gəlməyib. Bu halın onda ciddi qorxu yaratdığını deyən vətəndaş, ikinci əməliyyatın nəticələrinin daha ağır ola biləcəyindən ehtiyat etdiyini vurğulayır.
Məsələ ilə bağlı ortaya bir sıra suallar çıxır:
Rövşən Babayev estetik və plastik cərrahiyyə fəaliyyəti üçün hansı hüquqi əsaslarla çalışır?
“Referans Estetik Mərkəzi”ndə həyata keçirilən əməliyyatlar aidiyyəti dövlət qurumlarının nəzarətindən keçirilirmi?
Pasiyent əməliyyatdan əvvəl mümkün risklər barədə tam məlumatlandırılıbmı?
Narazı qalan vətəndaşın hüquqları necə qorunacaq?
Bakunews.az olaraq məsələ ilə bağlı adı hallanan Rövşən Babayevlə əlaqə saxladıq. Lakin qarşı tərəf səsləndirilən iddialara münasibət bildirmək və ya vətəndaşın narazılığı ilə bağlı açıqlama vermək əvəzinə, medianın şikayəti işıqlandıra bilməsini “şantaj” kimi təqdim etməyə çalışıb. Bununla yanaşı, redaksiyanın mövqe öyrənmək və qarşı tərəfi dinləmək cəhdinə müxtəlif manipulyativ yanaşmalarla “don geyindirilməyə” çalışıldığı müşahidə olunub.
Buna baxmayaraq, Bakunews.az olaraq bir daha bildiririk ki, qarşı tərəfin mövqeyini dərc etməyə və onların açıqlamasını yayımlamağa hazırıq.
Qeyd edək ki, yazıda yer alan məlumatlar vətəndaşın iddiaları və redaksiyamıza təqdim etdiyi sənədlər əsasında hazırlanıb. Mövzunun hüquqi və tibbi tərəfləri ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğular ünvanlanacağ.Bakunews.az



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam