Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Gədəbəy rəsmən ÖZBAŞINA QALIB -FOTOFAKT

Gədəbəy rayonunda son aylarda qanunsuz tikinti iddiaları yenidən gündəmə gəlib. Saratovka və Arıqdam kəndləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar göstərir ki, rayonda qeyri-yaşayış obyektlərinin tikintisi üzərində nəzarət mexanizmləri ya zəifləyib, ya da tamamilə formal xarakter daşıyır. Ən ciddi sual isə budur: qanunsuz olduğu deyilən obyektlərin tikintisinə kim şərait yaradır?
Yenixeberorg.com: Mənbələrin bildirdiyinə görə, Saratovka kəndində inşa edilən iki obyektin heç bir rəsmi icazə sənədi yoxdur. Buna baxmayaraq tikinti işləri davam edir. İddialarda qeyd olunur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əməkdaşları əraziyə baxış keçirsələr də, nəticədə nə tikinti dayandırılıb, nə də obyekt sökülüb. Halbuki son illərdə eyni rayonda qanunsuz tikililərin sökülməsi ilə bağlı rəsmi məlumatlar yayılmışdı. 2024-cü ildə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Slavyanka kəndində qanunsuz tikilinin söküldüyü açıqlanmışdı.
Bu fakt bir daha göstərir ki, dövlət qurumları istədikdə müdaxilə edə bilir. Bəs onda Saratovka və Arıqdamda tikilən obyektlər niyə hələ də fəaliyyətdədir və ya tikintisi davam etdirilir?
Mənbələrin iddiasına görə, rayonda son yeddi ay ərzində icra hakimiyyəti rəhbərliyində yaranan boşluq bəzi vəzifəli şəxslərin təsir imkanlarını artırıb. Xüsusilə memarlıq və tikinti sahəsinə cavabdeh şəxslərin qeyri-rəsmi şəkildə tikintilərə “razılıq” verdiyi bildirilir. Rəsmi sənəd olmadan obyekt tikintisinin aparılması isə qanunvericiliyin açıq şəkildə pozulması deməkdir.
Azərbaycan qanunvericiliyinə əsasən iri tikinti layihələri, kommersiya obyektləri, şadlıq evləri və istirahət mərkəzləri üçün müvafiq dövlət qurumlarının razılığı tələb olunur. Tikintiyə icazə prosedurları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilməlidir. Bundan başqa, torpaq məsələləri ilə bağlı bələdiyyələrin səlahiyyətləri illər əvvəl məhdudlaşdırılıb. Buna görə də sənədsiz obyektlərin necə və hansı əsasla tikilməsi ciddi araşdırma tələb edən məsələdir.
Diqqət çəkən başqa məqam isə rayonda istirahət və ticarət obyektlərinin sürətlə artmasıdır. Əmlak elanlarında belə Saratovka və Slavyanka kəndlərində iri istirahət mərkəzləri, restoran tipli obyektlər və kommersiya təyinatlı tikililərin satışa çıxarıldığı görünür. Bəzi elanlarda sənəd məsələlərinin tam aydın olmadığı da hiss olunur.
Arıqdam kəndi ilə bağlı gundemxeber.com-a daxil olan məlumat isə vəziyyətin daha da ciddi olduğunu göstərir. İddialara görə, yaşayış massivinin ortasında, bazarın yaxınlığında iri şadlıq evinin tikintisi aparılır. Həmin obyektin Moskvada yaşayan Cəsarət adlı şəxs tərəfindən inşa etdirildiyi bildirilir. Yerli sakinlər yaşayış evlərinin arasında belə iri obyektlərin tikilməsinin həm təhlükəsizlik, həm də gələcək infrastruktur problemləri yaradacağını düşünürlər.
Rayon sakinləri arasında formalaşan əsas fikir isə budur: “kim imkanlıdırsa, qanunsuz da olsa obyekt tikə bilir.” Bu düşüncənin yaranması özü artıq ciddi siqnaldır. Çünki insanlar qanunun hər kəs üçün eyni işləmədiyinə inanmağa başlayırsa, bu, dövlət nəzarət mexanizmlərinə inamın zəifləməsi deməkdir.
Son illərdə Gədəbəy müxtəlif problemlərlə – ekoloji narazılıqlar, torpaq məsələləri və tikinti qalmaqalları ilə gündəmə gəlib. Xüsusilə Söyüdlü kəndində baş verən hadisələrdən sonra rayonda idarəetmə və nəzarət məsələləri daha çox müzakirə olunmağa başlanmışdı.
İndi isə ictimaiyyəti maraqlandıran əsas məsələ budur: Saratovka və Arıqdam kəndlərində aparılan tikintilərin hüquqi əsası varmı? Əgər yoxdursa, niyə dayandırılmır? Əgər icazə verilibsə, hansı qurum tərəfindən və hansı sənədlə?
Bu suallara cavab verilməsi artıq yalnız yerli sakinlərin deyil, aidiyyəti dövlət qurumlarının da məsuliyyət məsələsinə çevrilib.

Gundemxeber.com





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam