Yenixeberorg.com: Bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Sənədə əsasən, 2026-2030-cu illərdə ölkə üzrə heyvan xəstəliklərinin araşdırılması, onların yayılma arealının və risklərin müəyyən edilməsi, baytarlıq xidmətlərinə əlçatanlığın və baytarlıq preparatlarının ölkədaxili istehsalının təşkili imkanlarının təhlil edilməsi planlaşdırılır.
Eyni zamanda heyvan xəstəlikləri və onların yayılma arealı ilə bağlı məlumat sisteminin yaradılması; Vaksin izlənməsi üzrə rəqəmsal sistemin yaradılması və tətbiqi ilə bağlı təkliflər hazırlanması; baytarlıq preparatlarının yerli istehsalının təşkili üçün istehsal müəssisəsinin yaradılması, xəstə heyvanların kəsimi, emalı və utilizasiyası məqsədilə dövlət sanitar kəsim və emal müəssisələrinin yaradılması nəzərdə tutulub.
Bu illər ərzində heyvan xəstəliklərinin monitorinqi və vaksin izlənməsi üzrə rəqəmsal sistem tətbiq ediləcək və baytarlıq xidmətlərinə əlçatanlıq artırılacaq.(apa)










AZ
RU
