Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Elnur Allahverdiyevin “ABC-Telecom”u qanunları pozur -“Kontakt Home” cərimələndi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkəti barədə reklam haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edib.

Yenixeberorg.com xəbər verir ki, cari ilin mart ayında tərtib edilmiş protokolda “Reklam haqqında” Qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin pozulduğu öz əksini tapıb.

Qanunun 4.2-ci maddəsində deyilir ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Qanunun 7-ci maddəsi isə qeyri-dəqiq reklamı xarakterizə edir. 7.1.4-cü maddədə deyilir ki, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur.

Dövlət Agentliyi hüquq pozuntusunun əlamətlərini İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə rəsmiləşdirib. Sözügedən maddəyə əsasən isə reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.(Bizimesr.com)

Qeyd edək ki, "ABC-Telecom” MMC-nin sabiq millət vəkili Elnur Allahverdiyevin olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam