Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

30 illik faciənin sirri:Mülki təyyarələr niyə vurulub?

news content


Amerika şokda: Əfsanəvi lider barədə məxfi sənədlər ortaya çıxdı

Yenixeberorg.com: Xəbər verdiyimiz kimi, ABŞ Ədliyyə Nazirliyi Kuba inqilabının liderlərdən biri, Kubanın əfsanəvi rəhbəri Fidel Kastronun özü qədər əfsanəvi qardaşı Raul Kastroya qarşı ittiham elan etməyə hazırlaşır.

İttihamın əsasında 30 il əvvəl baş vermiş faciəvi hadisələr dayanır. O zaman Kubanın “MiG” qırıcıları ölkənin hava məkanını pozan iki “Cessna” mülki təyyarəsini vurub. “Brothers to the Rescue” təşkilatına məxsus təyyarələrin vurulması nəticəsində 4 nəfər ölüb. Onlardan 3-ü ABŞ vətəndaşı olub.

ABŞ iddia edir ki, o zaman Kubanın müdafiə naziri postunu tutan Raul Kastro təyyarələrin vurulmasının təşkili və sanksiyalaşdırılmasında şəxsən iştirak edib. Kastroya qarşı aşağıdakı ittihamlar irəli sürülür:

ABŞ vətəndaşlarının öldürülməsi;

Amerikalıların öldürülməsi məqsədilə sui-qəsd;

Mülki təyyarələrin məhv edilməsi.

Amerika tərəfi iddia edir ki, “Cessna”lar silahsız mülki təyyarələr olub və beynəlxalq hava məkanında uçublar, təyyarələr qəsdən vurulub.

Kuba isə təkid edir ki, təyyarələr dəfələrlə onun hava məkanını pozub, provakasiya fəaliyyəti aparıb və hökumət əleyhinə vərəqələr atıb. Rəsmi Havana Kuba Hərbi Hava Qüvvələrinin atdığı addımı özünümüdafiə aktı və suverenliyin müdafiəsi kimi dəyərləndirir.

Bəs, ABŞ administrasiyası öz ittihamlarında nə dərəcədə haqlıdır? Kuba qırıcıları həqiqətənmi “Cessna” təyyarələrini beynəlxalq hava məkanında heç bir lüzum olmadan vurub? Təyyarə pilotlarının doğrudanmı heç bir günahı olmayıb? Yoxsa Kuba rəsmiləri haqlıdır və bu hücum suverenliyin müdafiəsi aktı olub?

Milli Təhlükəsizlik Arxivinin bu günlərdə ABŞ Federal Aviasiya Administrasiyasının məxfilikdən çıxarılan sənədlərini yayması işə yeni rezonans verib. Sənədlər sübut edir ki, “Cessna” təyyarələri boş yerə vurulmayıb. Təyyarənin pilotları, ilk növbədə isə “Cessna”ların məxsus olduğu “Brothers to the Rescue” təşkilatı və rəhbəri Xose Basulto heç də “günahsız quzu” deyillərmiş və bilərəkdən bu təxribata əl atıblar.

30 il əvvəl baş vermiş hadisələrin baş vermə səbəblərini ortaya çıxaran sənədləri ixtisarla nəzərinizə çatdırırıq.

Kuba: “Brothers to the Rescue” təşkilatının vurulan təyyarələri ilə bağlı məxfilikdən çıxarılmış sənədlər.

Milli Təhlükəsizlik Arxivi Raul Kastroya qarşı ittihamların irəli sürülməsi ərəfəsində kubalı mühacirlərin təyyarələrinin məhv edilməsinə gətirib çıxaran hadisələrlə bağlı ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məxfilikdən çıxarılmış sənədlərini dərc edib.

Maraqlıdır ki, FAA-nın elektron məktublarında “ən pis ssenari” əvvəlcədən proqnozlaşdırılıb: “Bu günlərin birində kubalılar bu təyyarələrdən birini vuracaqlar”.

FAA nümayəndəsi “MiG” qırıcılarının Kuba sahilləri yaxınlığında iki silahsız “Cessna” təyyarəsini vurmasından bir ay əvvəl “Brothers to the Rescue” (BTTR) təşkilatının uçuşlarının “Kuba hökumətini daha da təhrik etdiyini”, həmçinin Dövlət Departamentinin “ən pis ssenari” ilə bağlı narahatlığını qeyd edib. Həmin ssenaridə belə qeyd olunur: “Kubalılar bu günlərdə həmin təyyarələrdən birini vuracaqlar və FAA əvvəlcədən bütün sənədləri qaydaya salmalıdır”. FAA-nın məxfilikdən çıxarılan elektron məktubu təyyarələrin vurulması ilə bağlı Milli Təhlükəsizlik Arxivi tərəfindən yayımlanan bir neçə sənəddən biridir.

FAA-nın elektron məktubları, memorandumları və digər materialları Klinton administrasiyasının yüksək vəzifəli şəxslərinin Kuba hava məkanının davamlı şəkildə pozulmasının sonda böhrana gətirib çıxaracağı ilə bağlı narahatlığını əks etdirib. Çünki Kuba ərazi bütövlüyünü BTTR-nin təxribat xarakterli müdaxilələrindən qorumaq qərarı verə bilərdi. 1995-ci ilin avqustunda Ağ Ev nümayəndələri ilə keçirilmiş görüşün xülasəsində deyilirdi: “Əsas narahatlıqlardan biri BTTR təyyarəsinin yerdən açılan atəş nəticəsində məhv edilməsidir”.

Bu materialların dərc olunması ABŞ Ədliyyə Nazirliyinin BTTR təyyarələrinin məhv edilməsindəki roluna görə Kuba lideri Raul Kastroya qarşı ittiham hazırladığı bir vaxta təsadüf edir. Həmin dövrdə general Raul Kastro müdafiə naziri postunu tuturdu və Fidel Kastro hökumətinin hərbi komandanlıq zəncirində ən yüksək rütbəli zabit idi. Sənədlər mülki təyyarələrə qarşı güc tətbiqinin baş verdiyi şəraitin ətraflı tarixi kontekstini təqdim edir.

FAA materiallarında 1996-cı il fevralın 24-də BTTR təşkilatının dörd kubalı-amerikalı üzvünün həlak olduğu təyyarələrin vurulmasından əvvəlki hadisələrə dair mühüm təfərrüatlar da yer alır. Həmin detallara aşağıdakılar daxildir:

  • Hələ təyyarələrin vurulmasından bir il əvvəldən başlayaraq, Kuba hökuməti BTTR təyyarələrinin ölkənin hava məkanını davamlı şəkildə pozması ilə bağlı dəfələrlə etiraz notaları göndərib. Həmin təyyarələr yaşayış məntəqələri üzərindən uçub, hökumətə qarşı xalq üsyanına çağıran minlərlə vərəqə və digər materiallar səpələyib.
  • FAA uzunmüddətli araşdırmaya başlayıb, BTTR prezidenti Xose Basulto ilə görüşüb və ona təxribat xarakterli “təhrikedici” uçuşları davam etdirməməsi barədə dəfələrlə xəbərdarlıq edib. Qurum onun pilot lisenziyasının dayandırılması ilə bağlı addımlar atıb, amma Basultonun dəfələrlə saxta uçuş planları təqdim etməsinə baxmayaraq, uçuşlarını davam etdirməsinə imkan verib.
  • Ağ Evin Kuba istiqaməti üzrə kuratoru Riçard Nuçço, dövlət katibinin müavini Piter Tarnoff və nəqliyyat naziri Federiko Penya da daxil olmaqla yüksək vəzifəli ABŞ rəsmiləri BTTR uçuşlarının tam dayandırılması ilə bağlı FAA-ya dəfələrlə narahatlıqlarını bildiriblər. Onlar həmçinin Kubanın öz təhlükəsizliyi məsələsində müəyyən etdiyi “qırmızı xətlərə” ciddi yanaşmağın vacibliyi barədə xəbərdarlıq ediblər. Lakin onların FAA-nı Basultonun “qanadlarını kəsməyə” məcbur etmək cəhdləri uğursuz olub. Yalnız təyyarələr vurulduqdan sonra FAA Basultonun fəaliyyətinin dayandırılması barədə rəsmi qərar qəbul edib və onun hərəkətlərini “digər insanların həyatını və əmlakını təhlükə altına atan səhlənkar və düşüncəsiz əməliyyatlar” adlandırıb.

FAA sənədləri İnformasiya Azadlığı Aktı (FOIA) çərçivəsində 2014-cü ildə nəşr olunmuş “Back Channel to Cuba: The Hidden History of Negotiations Between Washington and Havana” (“Kubaya gizli kanal: Vaşinqton və Havana arasında danışıqların gizli tarixi”) kitabı üçün əldə edilib. Kitabın müəllifləri Amerika Universitetinin Kuba üzrə mütəxəssisi Uilyam Leoqrande və Arxivin baş analitiki Piter Kornbluhdur. Kitabda Kuba liderlərinin, o cümlədən Fidel Kastronun BTTR-nin təxribat xarakterli uçuşlarının dayandırılması üçün Klinton administrasiyasına təzyiq göstərmək məqsədilə apardıqları çoxsaylı gizli cəhdlər ətraflı təsvir olunub.

1996-cı ilin yanvarında Fidel Kastro həmin dövrdə konqresmen olan Bill Riçardsonla bir neçə siyasi məhbusun azad edilməsi barədə gizli razılaşma əldə edib. Bunun müqabilində ABŞ prezidenti Klintonun adından Katroya uçuşları dayandıracağına dair qəti vəd verilib. Riçardson Kastroya bu öhdəliyi prezidentdən aldığını bildirsə də, o, əslində Ağ Evin digər əməkdaşları ilə danışıbmış. Həmin şəxslər isə daha sonra nəqliyyat naziri Federiko Penyaya FAA vasitəsilə müdaxilə etməsi üçün müraciət ediblər.

“Back Channel to Cuba” kitabında qeyd olunduğu kimi, Ağ Evdə Kuba istiqamətinə cavabdeh olan Riçard Nuçço fevralın 23-də axşam milli təhlükəsizlik üzrə müşavir Sendi Bergerə elektron məktub göndərərək Basultonun növbəti gün uçuş həyata keçirmək niyyəti barədə xəbərdarlıq edib.

O, yazıb: “Brothers to the Rescue” təşkilatından Xose Basultonun əvvəlki uçuşları Kuba hakimiyyətinin təmkinli reaksiyası ilə qarşılanırdı. Lakin hazırda Kuba daxilində gərginlik o qədər yüksəkdir ki, biz, bu uçuşun kubalıları təyyarəni vurmağa və ya onu məcburi eniş etdirməyə sövq edə biləcəyindən ehtiyat edirik”.

Nuçço Mayamidəki FAA nümayəndələri ilə əlaqə saxlayaraq, onlara uçuşların qarşısını almağı tapşırıb. Lakin onun təəccübünə rəğmən, onlar bundan imtina ediblər. FAA yalnız Basultoya bir daha Kuba hava məkanını pozmağın yolverilməzliyi barədə xəbərdarlıq etməyə razılaşıb.

Müəlliflər öz kitablarında təyyarələrin vurulmasını “Kuba səmasında oynanılmış yunan faciəsi” kimi təsvir ediblər.

Sənəd 1

FAA, Sesiliya Kapestaninin elektron məktubu: “Kuba üzərində icazəsiz uçuşlar”, 22 yanvar 1996-cı il

Mənbə: Milli Təhlükəsizlik Arxivinin İnformasiya Azadlığı Aktı (FOIA) üzrə sorğusu

FAA əməkdaşı Sesiliya Kapestani BTTR-yə məxsus iki təyyarənin vurulmasından bir ay əvvəl rəhbərliyi məlumatlandıraraq bildirib ki, Dövlət Departamenti agentliyə müraciət edərək BTTR lideri Xose Basultonun növbəti uçuşlarının dayandırılmasını tələb edib. O, həmçinin dövlət katibinin müavini Piter Tarnoffun nəqliyyat naziri Federiko Penyaya zəng edərək “Basulto ilə bağlı işimizin yoxlanılmasını” xahiş etdiyini qeyd edib.

Kapestani məktubunda “ən pis ssenari”ni təsvir edir: “Bu günlərdə kubalılar bu təyyarələrdən birini vuracaq və FAA əvvəlcədən bütün sənədləri qaydaya salmalıdır”.

Sənəd 2

FAA hesabatı: “Brothers to the Rescue və Miami FSDO idarəsi ətrafındakı vəziyyət barədə hesabat”, 1 yanvar 1996-cı il

Mənbə: Milli Təhlükəsizlik Arxivinin İnformasiya Azadlığı Aktı (FOIA) üzrə sorğusu

Təyyarələrin vurulmasından əvvəl FAA daxilində keçirilmiş görüşlər və yazışmalar barədə bu ətraflı icmalı FAA-nın Mayami dairəvi uçuş standartları idarəsinin rəhbəri Maykl Tomas hazırlayıb. Sənəddə FAA nümayəndələrinin Basultoya ünvanladıqları çoxsaylı xəbərdarlıqlar, həmçinin 1995-ci ilin avqustunda BTTR-nin Havana üzərində həyata keçirdiyi təxribat xarakterli uçuşdan sonra Ağ Evin “Kuba istiqaməti üzrə kuratoru” Riçard Nuçço ilə keçirilmiş görüş təsvir olunur. Həmin uçuş zamanı Havana küçələrinə havadan minlərlə vərəqə və medalyon atılıb.

Görüşün yekun təsvirində qeyd olunub: “Əsas narahatlıqlardan biri BTTR təyyarəsinin yerdən açılan atəş nəticəsində məhv edilməsidir”.

Daha sonra Dövlət Departamentinin bəyanatında Kuba hökumətinin öz ərazi bütövlüyünü və hava məkanını icazəsiz müdaxilələrdən qorumaqla bağlı “QƏTİ QƏRARLILIĞI” xüsusi vurğulanıb.

Sənəd 3

FAA: “Brothers to the Rescue ilə bağlı FAA fəaliyyətlərinin xronologiyası”, 1 yanvar 1996-cı il

Mənbə: Milli Təhlükəsizlik Arxivinin İnformasiya Azadlığı Aktı (FOIA) üzrə sorğusu

FAA-nın bu xronologiyası 1995-ci ilin əvvəlindən 1996-cı ilin yanvarınadək FAA nümayəndələri ilə Xose Basulto arasında qarşılıqlı əlaqə və kommunikasiyaları əhatə edir. Sənəddə BTTR-yə Kuba hava məkanının pozulmasını dayandırmaq tələbi ilə çoxsaylı bildiriş və xəbərdarlıqların göndərildiyi qeyd olunsa da, eyni zamanda, Basultonun davam edən təxribatlarının qarşısının qəti şəkildə alınmasında bürokratik acizlik də əks olunur.

Həmçinin sənəddə Kuba hökumətinin hava məkanının pozulmasının davam etdiyi ilə bağlı etirazlarına lazımi reaksiya verilmədiyi göstərilir.

Sənəd 4

FAA: “24 fevral 1996-cı ildə BTTR təyyarələrinin məhv edilməsinin xronologiyası”, 1 mart 1996-cı il

Mənbə:Milli Təhlükəsizlik Arxivinin İnformasiya Azadlığı Aktı (FOIA) üzrə sorğusu

Bu FAA xronologiyası 24 fevral 1996-cı ildə BTTR-yə məxsus iki təyyarənin Kuba sahilləri yaxınlığında Kuba MiQ-lərı tərəfindən vurulması ilə nəticələnən hadisələri saatbasaat və dəqiqəbədəqiqə qeydə alır. Sənədə Kuba aviadispetçerləri ilə Basulto və digər BTTR pilotları arasındakı danışıq mətnləri də daxildir.

Basulto “Brothers to the Rescue” və onun prezidenti Xose Basultodan səmimi salamlar” çatdıraraq təyyarələrin Havananın şimal hissəsi üzərində uçacağını elan etdikdə, Kuba aviadispetçeri ona xəbərdarlıq edirlər: “Havananın şimalındakı zona aktivdir. Siz 24-cü paralelin şimalına daxil olmaqla özünüzü təhlükəyə atırsınız”.

Stenoqrama əsasən, Basulto belə cavab verir: “Biz 24-cü paralelin cənubundakı əraziyə hər dəfə daxil olanda təhlükəyə məruz qaldığımızı anlayırıq. Amma azad kubalılar kimi bunu etməyə hazırıq”.

“Məlumatınız qəbul edildi”, – Havanadakı dispetçer cavab verir.

Sənəd 5

FAA: “Fəaliyyətin dayandırılması və tələblərə əməl olunması barədə fövqəladə əmr” (layihə), 1 mart 1996-cı il

Mənbə:

Milli Təhlükəsizlik Arxivinin İnformasiya Azadlığı Aktı (FOIA) üzrə sorğusu

Yalnız təyyarələrin vurulmasından və BTTR-nin dörd pilotunun həlak olmasından sonra FAA Basulto barədə “fəaliyyətin dayandırılması” əmri verib. O, sənəddə “digər insanların həyatını və ya əmlakını təhlükə altına qoyan ehtiyatsız və məsuliyyətsiz hərəkətlərdə” ittiham edilib.

FAA direktivində qeyd olunub ki, Basulto və BTTR “hazırda və gələcəkdə Kuba Respublikasının ərazi hava məkanı daxilində istənilən mülki hava gəmisinin istismarını dayandırmalıdır”.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam