Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Bu günə-41 dərəcə isti gözlənilir

 
Azərbaycanda 20 iyul tarixinə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam