Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

COVID-19 səbəbilə Çin və Kubadan ekspertlər gələcək -Prezidentin köməkçisi AÇIQLADI


“Çin Xalq Respublikasının ekspert qrupunun yaxın həftələr ərzində Azərbaycana gəlməsi gözlənilir”. 
Yenixeber.org: Bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib. 

O, bildirib ki, koronavirusun ilk başlanğıc nöqtələrindən biri Çindir və bu sahədə maraqlı təcrübəsi var: “Bugünə qədər çinli mütəxəssislərlə Azərbaycan tibbi heyəti arasında videokonfrans baş tutub. Düşünürük ki, çinli heyətin ölkəmizə gəlməsi və öz qabaqcıl təcrübələrini bizimlə bölüşməsi çox faydalı olacaq. Həmçinin, ölkəmizə Kubadan da mütəxəssislərin gəlməsi gözlənilir. Sual yarana bilər - niyə Kuba? Çünki bu ölkənin dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası yaranan zaman mütəxəsisləri öz bacarıqlarını ortaya qoyublar. İş prinsipi o formada qurulacaq ki, ayrıca səhiyyə ocaqları ayrılacaq və orada xaricdən gələn heyət, azərbaycanlı heyətlə birlikdə çalışacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam