Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda - COVID-19 testlərinin aparılması üçün laboratoriyaların sayı 24-ə çatıb

bu fikri  bildirib.

"Azərbaycan hökumətinin koronavirusla mübarizə istiqamətində gördüyü qabaqlayıcı tədbirlər səmərəli nəticələr verir". 

Yenixeber.org: Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır: "Azərbaycanda testlərin aparılması üçün 24 laboratoriya fəaliyyət göstərir və gündəlik 7 minə yaxın test icra olunur. Səhiyyə sisteminin hazırlığının gücləndirilməsi üçün tədbirlər görülüb, xəstəxana çarpayılarının sayı artırılıb, tibbi heyət təlimə cəlb olunub".

COVID-19-un yaratdığı sosial-iqtisadi çətinliklərlə bağlı sualı cavablandıran Prezidentin köməkçisi zərərlərin qarşısının alınması üçün sosial-iqtisadi paket həyata keçirildiyini və bu məqsədlə 3 milyard manatdan çox vəsait ayrıldığını vurğulayıb.

H.Hacıyev Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin Azərbaycana dəvət edildiklərini, onların ölkədə vəziyyətlə tanış olaraq görülmüş işləri müsbət qiymətləndirdiklərini də qeyd edib. 

O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri nümunəvi adlandırdığını diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam