Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Bu gün-39 dərəcə isti olacaq

 
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25°, gündüz 32-37° isti, Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam