Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Diqqət! Kamera ilə cərimə yazılmayacaq – Rəsmi

Diqqət! Kamera ilə cərimə yazılmayacaq –  Rəsmi

"Vətəndaşlara tövsiyə edirik ki, iyulun 5-dən SMS-lə icazə alarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar”.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“Avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəsilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə bununla bağlı qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq", - Ü.Mehdiyev deyib.

Nazirlər Kabinetinin qərarı əsasında xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, Dövlət Agentliyinin sədri deyib ki, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapmalıdır: “Birincisi, qanun icazə verməlidir ki, kamera vasitəsi ilə cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, bu da tənzimlənəcək”.

Ü.Mehdiyev bildirib ki, qanun layihəsi təsdiqlənməyənə qədər cərimə tətbiq olunmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam