Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Silahlı Qüvvələr Günü münasibəti ilə - video-çarx hazırlanıb

Müdafiə Nazirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlayıb.

Yenixeber.org: Video-çarxda Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi inkişaf yolundan, ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, aparılan islahatlardan, yeni silahların alınmasından və keçirilən genişmiqyaslı təlimlərdən bəhs olunur.  

Qeyd olunub ki, ordu dövlətin təhlükəsizliyin qarantıdır. Bildirilib ki, Azərbaycanda ordu quruculuğu daim prioritet məsələlərdən biri olub.

Videoda Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, parlamentin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ordu quruculuğu haqqında fikirlərini bölüşüblər.

Onlar qeyd ediblər ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etməyə hazır və qadirdir. 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam