Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

9 min əhali yaşayan ərazi Sumqayıta verildi

 

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilib.

Yenixeber.org xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Deputat Siyavuş Novruzov qeyd edib ki, bu gün o ərazidə 9 min əhali yaşayır: “Onların bütün sosial təminatı, kommunalı, hüquq-mühafizə orqanları, səsvermələri və s. bütün məsələləri Sumqayıtda olur. Amma xəritədə o ərazilər Binəqədi və Abşeron ərazisi kimi göstərilir. Məhz buna görə Prezident İlham Əliyev tərəfindən xəritələrin dəqiqləşdirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam