Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Azərbaycan və Ermənistan arasındakı sülh prosesi müzakirə edildi -RƏSMİ AÇIQLAMA

 

Oktyabrın 16-da xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə telefon danışığı aparıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

Bildirilib ki, C.Bayramov Ermənistanın son illər ərzində həyata keçirdiyi hərbi-siyasi təxribatlar, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtlərindirən amillər və tədbirlərindən sonra bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Azərbaycanın erməni sakinləri hədəf almadığı, bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb.

Ölkəmizə qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddiaların əsassız olduğu, bunun Ermənistanın və bəzi ölkələrin siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi qeyd olunub.

Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığı, bu istiqamətdə işlər həyata keçirildiyi, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyi nazir tərəfindən bildirilib.

Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.

Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam