Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

İctimai fəal Bəxtiyar Hacıyev aclığı dayandırıb

“Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev oktyabrın 11-də aclığı dayandırıb”.
Yenixeber.org: Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat yayıb.

“Hüquq müdafiəçilərinin, ailə üzvlərinin, dostlarının xahişini nəzərə alaraq aclığı dayandırdığına görə Hacıyevə təşəkkür edirəm. O, bundan öncə də uzun müddət aclıq edib, orqanizmi zəifdir, yenə aclığı davam etdirsə ciddi fəsadlar yarana bilərdi”, - Səfərov qeyd edib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev oktyabrın 2-də məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzatdıqdan sonra aclıq elan edib. Müdafiə tərəfi məhkəmənin qərarının qanunsuz olduğunu, qanunla müəyyən edilmiş maksimum istintaq müddətini pozduğunu bildirib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.(Turan)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam