Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Zelenskinin Qarabağ barədə açıqlamasından sonra -Fransada Ukrayna bayrağı endirildi

Zelenski mövqeyini dəyişdi » AzadSəs

Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin (İzer departamenti) hakimiyyəti meriya binasının fasadından Ukrayna bayrağının götürülməsinə qərar verib.

Yenixeber.org: Buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra Ermənistan və Qarabağla bağlı söylədiyi sözlər olub.

Meriyadan bildirilib ki, bayrağın götürülməsi barədə qərar məlum telefon danışığından sonra Zelenskinin verdiyi bəyanatlarla əlaqədar qəbul edilib. Ukrayna prezidentinin İlham Əliyevlə söhbətində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi ilə bağlı son bəyanatları buna səbəbiyyət verib. 

Xatırladaq ki, Zelenski öz “Telegram” kanalında oktyabrın 4-də İlham Əliyevlə regional təhlükəsizlik, mövcud çağırışlar və qarşılıqlı fəaliyyət formatlarını müzakirə etdiyini bildirib.
“Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyimizi təsdiqlədik”, - deyə Volodimir Zelenski qeyd edib.

Məlumata görə, Ukrayna bayrağı 2022-ci ilin fevralında Vyana meriyası binasının fasadında asılmışdı.

Mənbə: “Le Dauphine Libere”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam