Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

“Nəhayət ki, Qarabağa sülh gəldi”

 

Peru jurnalistlər Federasiyasının rəsmi portalında “Nəhayət ki, Qarabağa sülh gəldi” sərlövhəli məqalə dərc olunub.

Yenixeber.org  xəbər verir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən uzun illər qanunsuz işğalı, etnik təmizləmələrin aparılması, nəticədə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi xatırladılır.

Qeyd edilir ki, 2020-ci ildə Ermənistanın yeni təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi nəticəsində erməni silahlı qüvvələri tam məğlubiyyətə uğradılıb.

Daha sonra məqalədə müəllif digər Latın Amerikası jurnalistləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında təəssüratlarını, bu zaman onların şahidi olduqları erməni vəhşiliklərinin izlərindən, şəhər və kəndlərin, mədəni və tarixi irs abidələrinin, qəbiristanlıqların dağıdılması və talan olunmasından, dini məbədlərin təhqir edilməsindən, ekosid və hər yerin minalanmasından dəhşətə gəldiklərini bildirir. Müəllif vurğulayır ki, ermənilər bu cür vandal hərəkətləri ilə bu torpaqlarda Azərbaycan haqqında istənilən yaddaşı silməyə çalışıblar.

Məqalədə Azərbaycanın qələbəsindən sonra yaranmış yeni reallıqlardan, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin həyata keçirilməsi və doğma torpaqlarından qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışının təmin edilməsi üçün görülən tədbirlərdən bəhs edilir.

Qeyd olunur ki, sentyabrın 19-da lokal antiterror tədbirlərinin keçirilməsi, torpaqlarımızda qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin qalıqlarının sarsıdıcı məğlubiyyətə uğradılması və Qarabağda qondarma cinayətkar rejimin özünü buraxması nəticəsində Azərbaycan bütün ərazisi üzərində suverenliyinin tam bərpa edilməsinə nail olub.

Məqalədə ölkəmizin rəhbərliyinin Qarabağda yaşayan və ölkə sərhədini tərk edən erməni əsilli əhalinin çoxmillətli Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə çağırışı da qeyd olunur.

Vurğulanır ki, Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təşəkkül tapması üçün zəruri olan bütün addımları atır.

Sonda müəllif Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə və sülh müqaviləsinin imzalanmasına maneə törətməməyə çağırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam