Kim Çen In Rusiyadadır

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib.
Yenixeber.org: Kim Çen Inın zirehli qatarı Moskva vaxtı ilə 05:15-də Primorsk diyarında Razdolnaya çayı üzərində yerləşən dəmir yolu körpüsünü keçib.
Qatar hazırda şimala doğru hərəkət edir.
Şimali Koreya liderinin qatarı sentyabrın 10-u axşam saatlarında Pxenyan şəhərini tərk edib və Rusiyaya doğru yola düşüb. Onu bu səfərdə yüksəkvəzifəli hərbi məmurlar və diplomatlar müşayiət edir.(“Ria Novosti”)










AZ
RU