Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

İran Ermənistana xəbərdarlıq edib

Paşinyanla İran Prezidenti arasında telefon danışığı olub

Xəbər verdiyimiz kimi, dünən Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə ölkənin lideri ilə yanaşı İran Prezidenti İbrahim Rəisi ilə də telefon danışığı aparıb.

Yenixeber.org: İranın vitse-prezidenti Məhəmməd Cəmşidi telefon danışığının bəzi detallarını açıqlayıb.

O qeyd edib ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.

İran rəsminin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti gərginləşdirir. 

Qeyd edək ki, Ermənistan ABŞ ilə birlikdə "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri keçirəcək.

 "Reuters" agentliyinin məlumatına görə, 11-20 sentyabrda keçiriləcək təlimdə ABŞ tərəfdən 85, Ermənistan tərəfdən 175 hərbçi iştirak edəcək. Məlumata görə, təlimdə iştiak edəcək amerikalı hərbçilər Kanzas Milli Qvardiyasının üzvləri olacaq və ağır silahlardan istifadə etməyəcək. Ermənistan tərəfi təlimlərin məqsədinin hərbçilərin beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə hazırlamaq olduğunu bildirib.

Təlimlər Rusiyanın da narazılığına səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam