Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Putinin həkimlərindən biri qaçmaq istədi -həbs edildi

Rusiya Prezidenti Vladimir Putinin bütün sağlamlıq sirlərini bilən aparıcı həkimlərdən biri qaçmaq istəyərkən saxlanıldıqdan sonra ölkənin xüsusi xidmət orqanları tərəfindən həbs edilib.

Yenixeber.org: Məlumata görə, 59 yaşlı Viktor Truxin 11 ildir işlədiyi Sankt-Peterburq Elmi-Tədqiqat Peyvəndlər və Zərdablar İnstitutunun direktoru vəzifəsindən dələduzluq ittihamı ilə qovulub.

Nəşr bildirib ki, Truxin Belarus vasitəsilə ölkədən qaçmaq istəyərkən FTX-nin əks-kəşfiyyat xidməti tərəfindən tutulub:

“O, peyvəndlər, zərdablar və bakterial preparatlar sahəsində ən son Rusiya tədqiqatları və inkişafı haqqında tam məlumatlıdır. Onun rəhbəri olduğu institut ölkənin radiasiya, kimyəvi və bioloji təhlükəsizliyini təmin etmək, habelə sağlamlığın qorunmasına rəhbərlik etmək üçün nəzərdə tutulan Federal Tibbi-Bioloji Agentliyin tərkibinə daxildir. Agentlik bildirib ki, korrupsiya ilə bağlı araşdırma aparıldıqdan sonra onun dələduzluqda iştirakı ilə bağlı dosye Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilib”.

Məlumatda qeyd olunub ki, Truxinin Rusiyanı tərk etmək niyyətində olduğu və rus peyvəndləri və zərdabları haqqında çoxlu maraqlı şeylər danışa biləcəyi məlum olduqdan sonra ona qarşı cinayət işi açılıb.

Onun Nikaraqua pasportu olduğu bildirilir.

Rusiya mətbuatı isə yazıb ki, Truxin o, təxminən 5,000 funt sterlinq pul mənimsəmək ittihamı ilə həbs olunub.

Bildirilib ki, Truxinin qızı onu sonuncu dəfə sentyabrın 3-də Moskvada görüb.(“Sun”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam